bazar, 11 yanvar 2026

DİGƏR NÖVLƏR

İslamiada: Paraatletikada Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar

16.05.2017 12:16 Oxundu 1881

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar. İdmançımız Samir Nəbiyev kürəitələmə yarışında bütün rəqiblərini qabaqlayaraq çempion adına sahib olub. Bu, Azərbaycanın qazandığı 34-cü qızıl, ümumilikdə 70-ci medaldır.

İran təmsilçiləri Cavid Şakib Ehsani və Cavad Dalakeh müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.