bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

“Arsenal” - “Sanderlend” 2:0 VİDEO

17.05.2017 11:38 Oxundu 2216

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış 2 oyun keçirilib. “Arsenal” öz meydanında “Sanderlend”i qəbul edib. İlk yarıda rəqibin qapısına yol tapa bilməyən Arsen Vengerin komandası ikinci hissədə Aleksis Sançesin dublu sayəsində qələbə qazanıb.

“Arsenal” kimi Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Mançester Siti” isə doğma divarlar arasında “Vest Bromviç”i qəbul edib. Qvardiolanı komandası 3 xalı 3 qolla qazanıb.


İngiltərə Premyer Liqası

34-cü tur

16 may

“Arsenal” - “Sanderlend” 2:0

Qollar: Sançes, 72; 81

“Mançester Siti” - “Vest Bromviç” 3:1
Qollar:
Qabriel Jezus, 27, (1:0), de Bruyne, 29 (2:0), Ture, 57 (3:0), Robson-Kanu, 87 (4:1)

Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 75-ə çatdıran “Mançester Siti” üçüncü pillədə qərarlaşıb. 72 xalı olan “Arsenal” isə beşinci pillədə qərarlaşıb.

AR