bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

Ən yaxşı futbolçuya mükafatın verilməsi formatı dəyişir

17.05.2017 15:24 Oxundu 2173

FIFA ən yaxşı futbolçuya mükafatın verilməsi formatını dəyişmək niyyətindədir. Məlumata görə, FIFA dünyanın ən yaxşı futbolçusuna mükafatı ilin deyil, mövsümün nəticələri üzrə təqdim etməyi planlaşdırır. Qurumdan bildiriblər ki, ölkə çempionatlarının çoxu avqust-iyun aylarında keçirilir, yalnız Cənubi Amerikada futbol mövsümü təqvim ilinə uyğun başa çatır. Bununla əlaqədar səsvermə prosesini mövsümün başlanğıcına keçirmək planlaşdırılır. Məqsəd oyunçuların və məşqçilərin ötən mövsümün nəticələrini nəzərə alaraq səs verə bilmələridir. Bununla belə. “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatının verilməsi formatında dəyişikliklər gözlənilmir. Yeni format üzrə mükafatlandırma oktyabrın 23-nə planlaşdırılıb.