bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

"Monako" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib VİDEO

18.05.2017 00:19 Oxundu 2005

Fransa çempionatının 37-ci turundan təxirə salınmış "Monako" - "Sent-Etyen" oyunu keçirilib. Matç 2:0 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 92-yə çatdıran knyazlıq təmsilçisi sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. Bu komanda son turda uduzsa belə, hazırda 86 xala malik əsas izləyisi PSJ-nin monakoluları qabaqlamaq şansı yoxdu. Bu, "Monako"nun tarixində 8-ci Fransa çempionluğudu. Eyni uğura "Nant" da imza atıb. Bu iki klubdan daha çox Fransa çempionu adını qazanan komandalar isə Marsel "Olimpik"i (9 dəfə) ilə "Sent-Etyen"di (10).

V