cümə axşamı, 23 aprel 2026

BİZİM FUTBOL

İslamiada: U-23 millimiz Əlcəzair yığması ilə üz-üzə gəlir

18.05.2017 07:20 Oxundu 2533

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçiriləcək. U-23 millimiz final uğrunda oyunda Əlcəzair yığması ilə üz-üzə gələcək. Rəqibimiz mübarizə apardığı B qrupunu lider kimi başa vurub. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandamız isə qrup ikincisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, komandaməz qrupun ilk oyununda Kamerunla qolsuz heç-heçə edib. İkinci matçında Səudiyyə Ərəbistanına 2 cavabsız qolla qalib gələn yığmamız qrupdakı sonuncu qarşılaşmasında Mərakeşlə bərabərə qalıb – 0:0.

Digər yarımfinal oyununda Kamerun Omanla üz-üzə gələcək.

18 may

İslam Həmrəylik Oyunları

Yarımfinal


12:30. Əlcəzair – Azərbaycan

18:30. Kamerun – Oman