2000
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir.U-23 millimiz də final uğrunda mübarizə aparıb. A qrupunda mübarizəyə başlayan Yaşar Vahabzadənin yetirmələri keçirdiyi ilk oyunda Kamerunla qolsuz bərabərliyə razılaşıb. İkinci matçında Səudiyyə Ərəbistanının qapısından iki cavabsız qol keçirən yığmamız qrupdakı sonuncu qarşılaşmasında Mərakeşin müqavimətini qıra bilməyib. Beləliklə, komandamız topladığı 5 xalla qrup ikincisi kimi yüksəldiyi yarımfinalda Əlcəzair yığması ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Digər yarımfinal oyununda isə qrupumuzun lideri Kamerun yığması ilə B qrupunun ikincisi Oman üz-üzə gələcək.
İslam Həmrəylik Oyunları
Futbol
Yarımfinal
Əlcəzair – Azərbaycan - 0:2
Qollar: Ruslan Abışov, 39; Məqsəd İsayev, 58
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
"Dalğa Arena"
18:30. Kamerun – Oman