bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

Türkiyə şirkəti “Barselona”nın sponsoru oldu

18.05.2017 17:37 Oxundu 2007

Türkiyənin daşınmaz əmlak sektorunun lider firması “Neft” İspaniyanın “Barselona” futbol klubunun regional sponsoru oldu. Məlumata görə, tərəflər arasında 3 illik sponsor müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Neft” və “Barselona” müştərək layihələr həyata keçirəcəklər. Bundan başqa, “Neft” klubun adı və loqosundan, reklam və təqdimat mərasimlərində klub və oyunçuların vizual istifadə haqlarına sahib olacaq. Hər iki tərəf Türkiyədə “Barselona”nın ilk rəsmi mağazasının açılması məsələsində ortaq addımlar ata bilərlər. Qeyd edək ki, “Barselona”nın rəsmi sponsorları arasında “Nike”, “Gilette”, “Audi”, “Coca Cola” kimi dünya nəhəngləri də var.