cümə axşamı, 25 aprel 2024

BOKS

İslamiada: Azərbaycan millisi boks üzrə ən yaxşısı adını qazanıb

19.05.2017 10:24 Oxundu 5460

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb. 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

AZƏRBAYCAN

3

3

1

7

2

Özbəkistan

3

0

2

5

3

Qazaxıstan

2

0

3

5

4

Suriya

1

1

2

4

5

Türkmənistan

1

1

1

3

6

İraq

0

2

0

2

7

Mərakeş

0

1

3

4

8-9

Misir

0

1

1

2

Türkiyə

0

1

1

2

10

İordaniya

0

0

3

3

11-13

Əlcəzair

0

0

1

1

Kamerun

0

0

1

1

İran

0

0

1

1

Cəmi

10

10

20

40