bazar, 11 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ"ın U-19 komandasına qızıl medallar və çempionluq kuboku təqdim olundu

19.05.2017 17:37 Oxundu 1944

Bu gün U-19 Liqasında son turun oyunları keçirilib. "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib. 2 tur öncə çempionluğunu rəsmiləşdirən komanda bu matçda 7:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra isə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, AFFA-nın baş katibi Elxan Məmmədov və baş məşqçi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub. Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası yeni mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.