bazar, 11 yanvar 2026

BİZİM FUTBOL

İslamiada: Futbol yarışının final matçının vaxtı dəyişdirilib

19.05.2017 21:18 Oxundu 2306

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının final oyununun vaxtı dəyişdirilib. Mayın 21-də Azərbaycan və Oman yığmaları arasında keçiriləcək final qarşılaşması saat 20:00-da deyil, saat 21:00-da başlayacaq.

Bu qərar final yarışının birbaşa yayımlanması və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin etmək məqsədilə qəbul olunub.