20.05.2017 20:12
2640
2640
“Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub. Müdafiəçi İlqar Qurbanovla yollar ayrılıb.
İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyub. O, bu müddıtdə 144 dəfə meydana çıxıb və 6 qol vurub.
Ağdam klubu futbolçuya komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İ.Qurbanovun Ağdam klubu ilə müqaviləsi 2016/17 mövsümünün sonu başa çatıb.
Xatırladaq ki, bundan öncə "Qarabağ" Vüqar Nadirov və Boyan Şaranovla da yolları ayırmışdı.