bazar, 11 yanvar 2026

BİZİM FUTBOL

Millimiz Avstriyaya yola düşüb

20.05.2017 20:16 Oxundu 2288

Azərbaycan milli komandası bu gün Avstriyaya təlim-məşq toplanışına yola düşüb. Robert Prosineçkinin komandası iyunun 3-dək bu ölkədə hazırlıq prosesində olacaq. İyunun 6-da isə millimiz Bakıda Şimali İrlandiya komandası ilə DÇ-2018-in seçmə matçına çıxacaq.

R.Prosineçki bu oyun üçün Bakı və Avstriyada təşkil edilən hazırlıq prosesinə ümumilikdə 26 futbolçu dəvət edib.