bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

Kante 2016-2017-ci il mövsümünün ən yaxşı oyunçusu oldu

21.05.2017 14:43 Oxundu 1980

“Çelsi”nin yarımmüdafiəçisi N'Qolo Kante İngiltərə Premyer Liqasında 2016-2017-ci il mövsümünün ən yaxşı oyunçusu mükafatına layiq görülüb. 26 yaşlı fransız futbolçu ekspertlər, klub rəhbərləri və azarkeşlər arasında keçirilmiş sorğu nəticəsində səslərin çoxunu qazanıb. Kante bu mövsüm İngiltərə çempionu olub, ötən il isə bu titulu “Lester” ilə qazanıb. Ən yaxşı oyunçu adına, həmçinin Eden Azar, Sesar Aspilikueta (hər ikisi “Çelsi”), Harri Keyn, Dele Alli, Yan Vertongen (hamısı “Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançes (“Arsenal”) namizəd olublar.