bazar, 11 yanvar 2026

DÜNYA FUTBOLU

Renat Dadaşov "Ayntraxt"ının şərəfini qoruyacaq

21.05.2017 16:48 Oxundu 1925

Azərbaycan millisinin üzvü Renat Dadaşov ilk peşəkar müqaviləsinə imza atıb. cempion.az sport24.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2020-ci ilə qədər Frankfurt "Ayntraxt"ının şərəfini qoruyacaq.

Dadaşov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Peşəkar karyerama burada başlayacam. Frankfurda olmaqdan məmnunam. Çünki burada ailəm və dostlarım məni dəstəkləyir".

Qeyd edək ki, bunadək Renat bu komandanın 19 yaşadək kollektivində çıxış edirdi.