bazar, 11 yanvar 2026

BİZİM FUTBOL

Mükafatlandırma mərasimi (fotoreportaj)

22.05.2017 07:22 Oxundu 1660

Oman millisini 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığma komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Əlcəzair millisi isə “Bakı-2017”ni bürünc medalla başa vurub.

Sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.

Çempion komandamızın üzvlərinə qızıl medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının ikinci vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

Gümüş medallar Oman millisinin futbolçularına İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar tərəfindən təqdim olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev isə üçüncü yerdə qərarlaşan əlcəzairli futbolçulara bürünc medalları təqdim edib.

Qeyd edək ki, millimiz qrup mərhələsində Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Kamerun və Mərakeş yığmaları ilə oyunda hesab açılmayıb. Yarımfinala vəsiqə qazanan Azərbaycan millisi bu mərhələdə Əlcəzairdən üstün olub – 2:0.