22.05.2017 07:43
2965
2965
.jpg)
İngiltərə Premyer Liqasında 2016/17 mövsümünə yekun vurulub. Çempionluğun taleyi və aşağı liqaya düşəcək klubların adlarına ötən turlarda aydınlıq gəldiyindən, son turda - XXXVIII əsas diqqət Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəyə yönəlib.
“Liverpul” evdə aşağı liqaya düşməsi dəqiqləşən “Midlsbro”nu məğlub edərək, qitənin ən nüfuzlu klub turnirinə vəsiqəni təmin edib.
“Mançester Siti” də “Uotford”la səfər oyununda 5:0 hesablı darmadağına sevinib və əsas yarışdan kənarda qalmayıb.
Bu iki oyunun nəticəsi ilə “Arsenal”a sərf etməyib. Londonlular evdə “Everton”u məğlub etsə də, ÇL-yə yollana bilməyib. Son 20 ildə "Arsenal" ilk dəfədir ki bele aqibətlə üzləşir.