22.05.2017 10:43
2012
2012
“Çelsi”nin qapıçısı Tibo Kurtua İngiltərə Premyer Liqasının yekununa əsasən, “Qızıl əlcək” mükafatına layiq görülüb.
Belçikalı futbolçu bu mövsüm 16 quru oyun keçirib. O, Uqo Lyoris (“Tottenhem”, 15 oyun) və David de Xeanı (“Mançester Yunayted”,14) qabaqlayıb.
Kurtua 2014-cü ildən sonra bu mükafatı qazanan ilk “Çelsi”li qapıçı olub. Həmun il “Qızıl əlcəy”ə Peter Çex layiq görülmüşdü.
Xatrladaq ki, bu mövsüm Premyer Liqanın qızıllarını da "Çelsi" qazanıb.