22.05.2017 12:01
1978
1978
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına yekun vurulub. Dünən keçirilən final oyununda Omana 1:2 hesabı ilə qalib gələn 23 yaşadək futbolçulardan ibarət komandamız İslamiadanın baş mükafatını qazanıb. Bu münasibət ilə “Kəpəz” və "Sumqayıt" PFK-nın kollektivi millimizi təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, mötəbər turnirdə iştirak edən yığmanın heyətində Premyer Liqanın son mövsümündə “Kəpəz”in şərəfini qorumuş Azad Kərimov və Orxan Əliyev də yer alıb.