22.05.2017 14:38
3012
3012
2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Komanda ötən mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Rəşad Eyyubovla güclənib. 24 yaşlı futbolçu komandamızla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olan Rəşad Eyyubov mütəmadi olaraq, Azərbaycanın U-17, U-19, U-21 və A milli komandalarının şərəfini qoruyub.