şənbə, 10 yanvar 2026

DÜNYA FUTBOLU

Məşhur rus şərhçisi dünyasını dəyişib

22.05.2017 17:14 Oxundu 2132

Məşhur rus şərhçisi Vladimir Pereturin dünyasını dəyişib. O bu gün 79 yaşında vəfat edib.

Şərhçinin həyat yoldaşı Olqa Pereturinanın sözlərinə görə, o, 5 il bundan qabaq insult keçirib və yataq həyatına məhkum olub: "Bu ilin martında isə onun səhhətində kəskin fəsadlar özünü büruzə verib. Bu müddətdə o bir neçə dəfə xəstəxanada yerləşdirilib. Son günlər təzyiqi birdən-birə aşağı düşüb. İki həftə xəstəxananın reanimasiya şöbəsində olub".

Olqa həmçinin bildirib ki, onun harada dəfn olunacağı sabah məlum olacaq.

Məlumat üçün bildirək ki, Vladimir Pereturin futbolçu karyerasını başa vurduqdan sonra - 1970-ci ildən şərhçi kimi fəaliyyətə başlayıb. O, ilk dəfə efirdə SSRİ - Yuqoslaviya matçında görünüb. O, SSRİ dövründə məşhur “Futbol icmalı” verilişinin aparıcısı olub.