şənbə, 10 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçiriləcək.

23.05.2017 18:04 Oxundu 2207

2019-cu ildə Bakıda Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçiriləcək. ASAN Radionun www.insidethegames.biz saytının dərc etdiyi məqaləyə istinadla yaydığı xəbərə görə, bu barədə Avropa Olimpiya Komitələrinin fəaliyyətdə olan Prezidenti Janez Kosijancic məlumat verib. Saytın dərc etdiyi məqalədə deyilir ki, son illər Bakı beynəlxalq səviyyəli idman tədbirlərinin mərkəzinə çevrilib və 2015-ci ildə birinci Avropa Oyunlarını keçirib.