şənbə, 10 yanvar 2026

DÜNYA FUTBOLU

Finaldan öncə 1 dəqiqəlik sükut olacaq

24.05.2017 07:40 Oxundu 2204

Bu gün qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçiriləcək. Stokholmda baş tutacaq həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gələcək. Amsterdam klubu 25 ildən sonra avrokuboklarda final həyəcanı yaşayacaq.

Daha əvvəl UEFA kuboku, hazırda isə Avroliqa adlanan yarışda “Ayaks” yalnız 1992-ci ildə finalda oynayıb və həmin vaxt səfər qolu sayəsində (2:2 və 0:0) “Torino”nu üstələməklə kuboku qazanıb.

“Mançester Yunayted” isə sonuncu dəfə ÇL-də 6 il əvvəl final oynayıb və uduzub. “Qırmızı şeytanlar” bu gün tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşayacaq.

Qeyd edək ki, “Mançester Yunayted” qalib gələcəyi təqdirdə, növbəti mövsüm ÇL-də oynamaq hüququ qazanacaq. “Ayaks” isə uduzacağı halda da Hollandiya çempionatının gümüş mükafatçısı kimi ÇL-ə qatılacaq.

UEFA-nın rəsmi saytına görə, UEFA Avropa Liqasının finalından öncə 1 dəqiqəlik sükut olacaq. Sükutla Mançesterdəki terror zamanı həyatını itirənlərin xatirəsini anılacaq.

“Mançester Yunayted” və “Ayaks”ın futbolçuları Stokholmda keçiriləcək həlledici görüşə qara sarğı ilə çıxacaqlar.

Qeyd edək ki, 2 gün öncə "Mançester Arena"da konsertdən sonra törədilən terrar aktı zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.



Avroliqa

FİNAL

24 may

22:45 “Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm. “Friends Arena”