24.05.2017 16:19
1953
1953
Bu gün İsveçin paytaxtı Stokholmda futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşmasında Hollandiyanın "Ayaks" klubu ilə İngiltərənin "Mançester Yunayted" komandası üz-üzə gələcək.
Yeri gəlmişkən qeyd edək ki, Joze Mourinyonun yetirmələri cari mövsüm İngiltərə çempionatında uğursuz çıxış etdiyindən Çempionlar Liqası yarışlarında iştirak etmək hüququnu qazana bilməyiblər. Lakin "qırmızı -şeytanlar" Avropa Liqasını qazanaraq buna nail ola bilərlər. Məlumat üçün bildirək ki, Hollandiya klubu sonuncu dəfə 1992-ci ildə Avropa Liqasının qalibi olub. "Mançester Yunayted" bu titula indiyədək yiyələnməyib.
Bəzi məlumatlara görə, əgər Mourinyo bu şansdan yararlanmasa, o, vəzifəsindən uzaqlaşdırıla bilər.