25.05.2017 15:18
3288
3288
"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün heyətini gücləndirməkdə davam edir. Klub sol cinah müdafiəçisi Azər Salahlını komandada saxlayıb. 23 yaşlı futbolçu azad agent qismində komanda ilə 1 illik müqavilə imzalayıb. Azər "Sumqayıt" FK-da yenə 19 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə "Sumqayıt" FK-nın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub.