26.05.2017 06:43
2095
2095
Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Ötən mövsüm komandanın heyətində çıxış edən legionerlərdən 3-nün ən azı daha bir il “qartallar”ın sıralarında qalacağı müəyyənləşib. Ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın komandada qalmasına qərar verilib. Həmçinin, müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Yovan, həm də Viktor “qartallar”ın sıralarında ardıcıl 3-cü mövsümünü keçirəcək.
Təcrübəli futbolçularla yanaşı, gənclərlə bağlı da işlər davam edir. Belə ki, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla 3 illik yeni müqavilə imzalanıb.