cümə, 09 yanvar 2026

BİZİM FUTBOL

Ümummilli Liderin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilir

26.05.2017 10:24 Oxundu 1885

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirinə start veriləcək. Heydər Əliyev Kuboku Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Yarışda 4 komanda – “Araz Naxçıvan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK iştirak edəcək.

Artıq Naxçıvanda olan komandalar son məşqlərinə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqasının və komanda nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirilib. Bundan əlavə, yarışın əsasnaməsi barədə klublara məlumat verilib. Püşkatmaya əsasən bu gün qarşılaşacaq cütlər aşağıdakı kimidir:

26 may

“Araz Naxçıvan” - “Mil-Muğan”, saat 12:00
“Zaqatala” - MOİK, saat 17:00

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçiriləcək.

Görüşlərdə ən çox xal toplayan komanda turnirin qalibi olacaq, qalib komandaya isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Türkiyədə xüsusi olaraq hazırlanmış, sertifikatlı kubok təqdim olunacaq. Eyni zamanda ikinci və üçüncü yerləri tutmuş komandalar medallarla, oyunları idarə edəcək hakimlər plaketlərlə, turnir ərzində fərqlənən futbolçular isə müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, mayın 26-da start veriləcək futbol üzrə “Heydər Əliyev kuboku” turnirinin açılış mərasimi may ayının 30-da keçiriləcək.