1846
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandadan ayrılmağı düşünmür. Halbuki bir müddət əvvəl 49 yaşlı mütəxəssisin komandanı tərk edəcəyi və onun yerinə Vinçentso Montellanın gətiriləcəyi bildirilirdi. Həmçinin onun "Arsenal"ın, PSJ-nin, "Barselona"nın maraq dairəsində olduğı söylənilirdi.
Bu barədə açıqlama verən Alleqri deyib: "Mən "Yuventus"da qalmaq istəyirəm. Sadəcə, klub rəhbərliyi ilə oturub, danışmaq lazımdır. Klubdakı taleyim Çempionlar Liqasının final oyunundan, yaxud "Boloniya" ilə oyundan asılı deyil. Öz işimi sevirəm. Komandamız yaxşı səviyyəyə gəlib".
Məlumat üçün bildirək ki, mayın 27-də "Yuventus" çempionatın son oyununu keçirəcək. O, "Boloniya"nın qonağı olacaq. Çempionlar Liqasının finalında isə iyunun 3-də "Real"la qarşılaşacaq. Qeyd edək ki, M. Alleqrinin "Yuventus"la hazırkı müqaviləsi 2018-ci ildə baş çatır.