cümə, 09 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" "İveriya" ilə görüşəcək

27.05.2017 13:29 Oxundu 2041

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək. Yarış bu gün başlayıb iyunun 2-nə qədər davam edəcək. Komandamız ilk qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klublarıyla qarşılaşacaq.

"Qarabağ" ilk oyunu bu gün "İveriya" komandasına qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.