cümə, 09 yanvar 2026

DÜNYA FUTBOLU

Qapıçıya heykəl qoydular

27.05.2017 14:59 Oxundu 1931

Portuqaliyada milli komandanın və "Sportinq"in qapıçısı Rui Patrisiunun heykəli ucaldılıb. Heykəl qapıçının doğma şəhərindədir. Heykəltəraş Patrisiunın həllədedici anını əbədiyyətə qovuşdurub: o, Antuan Qrizmannın qapıya tərəf vurduğu topu tullanaraq sol ili ilə çıxarır.

Xatırladaq ki, Avro-2016-nın qalibi olmuş Portuqaliyanın zəfər qazanmasında 29 yaşlı qapıçının böyük rolu olub. Belə ki, o, Fransa ilə final oyunun qəhrəmanlarından biri olub.

Xatırladaq ki, Fransada təşkil olunmuş AÇ-2016-nın həlledici oyununda meydan sahibi Fransa ilə Portuqaliya yığması üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Matça əlavə olunmuş yarım saatda isə Portuqaliya yığması hesabı açmağı bacarıb. Oyunda başqa qol vurulmayınca Portuqaliya Avropa çempionu adını qazanmış olub. Qeyd edək ki, Avropa çempionatının bürünc medallarını Uels və Almaniya yığmaları qazanıb.

AÇ-2016

Final

10 iyul

Portuqaliya - Fransa - 1:0

Qol: Eder, 109.

Baş hakim: Mark Klattenburq (Almaniya).

Sen-Deni. "Stad de Frans".