1923
"Mançester Siti" "Monako"nun yarımmüdafiəçisi Bernardu Silvanın transferini rəsmiləşdirib. Müqavilənin müddəti barədə məlumat verilmir. İyulun 1-də Mançester klubunun düşərgəsinə qoşulacaq portuqaliyalı futbolçu 20 nömrəli forma ilə çıxış edəcək. Transferin 43 milyon funt-sterlinqə başa gəldiyi bildirilir. 22 yaşlı futbolçu ötən mövsüm "Monako" forması ilə meydana çıxdığı 58 rəsmi oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
"Monaco" ilə çempionluq yaşayan futbolçu "şəhərlilər"ə keçidindən məmnun olduğunu bildirib. Silva transferində Qvardionaın rolunu xüsusi qeyd edib: "Ən yaxşı baş məşqçilərindən biri ilə işləyəcəm. Qvardiola ilə çalışmaq fürsəti əlinə düşübsə, buna "yox" deyə bilməzsən. "Barcelona" və "Bayern Munich"də inanılmaz uğurlar qazandı. Bunu "Citi" ilə də bacaracağına şübhəm yoxdur"