27.05.2017 21:53
2572
2572
İngiltərə FA kubokunda qalib müəyyənləşib. Final matçında London derbisi baş tutub. “Arsenal” “Çelsi” ilə üz-üzə gəlib. Matçda hesabı Aleksis Sançes açıb. Hücumçu 4-cü dəqiqədə “topçular”ı önə keçirib. 76-cı dəqiqədə Dieqo Kosta “status-kvo”nu bərpa etsə də, bu, uzun çəkməyib. 3 dəqiqə sonra Aaron Remzi komandasına qələbə qazandıran qolu vurub. Beləliklə, “Arsenal” İngiltərədə hamıdan çox – 13 dəfə kuboku qazanan komanda olub.
"Arsenal" - "Çelsi" - 2:1
Qollar: Aleksis Sançes, 4 (1:0), Dieqo Kosta, 76 (1:1), Aaron Remzi, 79 (2:1)
Qırmızı vərəqə: Viktor Moses ("Çelsi"), 68
Xatırladaq ki, “Çelsi” bu mövsüm Premyer Liqanın qalibi olub. “Arsenal” isə mövsümü 5-ci pillədə başa vurub.
a