28.05.2017 00:41
2098
2098
Almaniya Kubokunda qalib müəyyənləşib. Finalda “Ayntraxt”la “Borussiya” üz-üzə gəlib. Görüşdə hesabı Usman Dembele açıb. Fransalı hücumçu 8-ci dəqiqədə dortmundluları önə keçirib. Rebiç 21 dəqiqə sonra bərabərliyi təmin etsə də, Obameyanq komandasının mövsümü titulsuz başa vurmasına icazə verməyib. Qabonlu futbolçu 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək görüşün nəticəsini elan edib.Bundesliqanı 3-cü pilləni başa vuran “Borussiya” ölkə kubokuna sahib çıxmaqla mövsümü mükafatsız bitirməyib.
Almaniya kuboku
FİNAL
27 may
“Ayntraxt” - “Borussiya” (Dortmund) 1:2
Qollar: Dembele, 8 (0:1), Rebic, 29 (1:1), Aubameyanq, 67 (1:2)
f