28.05.2017 00:54
1915
1915
Fransa kubokunun qalibi məlum olub. Liqa 1-ə çempionluğu “Monako”ya verən PSJ ikinci dərəcəli turniri qazanmaqla mövsümü titulla başa vurub.Kubokun final matçında parislilərin rəqibi “Anje” olub. İlk hissəsi qolsuz bərabərliklə başa çatan qarşılaşmanın sonuna əlavə edilmiş 2-ci dəqiqədə Sissokonun öz qapısına vurduğu qol PSJ-yə kuboku gətirib. Qeyd edək ki, bu, parislilərin ümumilikdə 11-ci kuboku olub. Komanda 10 dəfə bu mükafatı qazanmış “Marsel”i geridə qoyaraq bu sahədə rekord imza atıb.
af