2098
Bu gün Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunur. 99 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb. Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir.
cempion.az 28 May – Respublika Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq, firavan günlər arzulayır.
Bayramınız mübarək!