cümə, 09 yanvar 2026

DÜNYA FUTBOLU

Yeraltı sivilizasiyanın nümayəndəsi - Messi

28.05.2017 17:35 Oxundu 1850

Luis Enrike "Barcelona"nı titulla tərk edir. Mayın 27-də baş tutan İspaniya Kubokunun finalında "Alaves"i 3:1 hesabıyla məğlub edən katalonlar ardıcıl 3-cü mövsüm bu turnirdə qalib olub. `goal` xəbər verir ki, matçdan sonra Enrike klubda fəaliyyətinin yekunu və Lionel Messi barədə fikirlərini bildirib.

"Barcelona" azarkeşlərini qazanılan titullarla sevindirdiyim üçün çox xoşbəxtəm. Getməyi qərara aldım. Bu qərar mənim, futbolçular üçün daha yaxşıdır. Getməyim onların motivasiyası və stimulunu artıracaq. 13 mümkün tituldan 9-nu qazanmaq əla statistikadır.

Messi sözün hər mənasında yeraltı sivilizasiyanın nümayəndəsidir. Bəxtim gətirdi ki, onun oyunundan həzz ala bildim. Şübhəsiz ki, dünyada nömrə birdir. Bunun üçün oyunun bütün aspektlərini nəzarətdə saxlamaq və fiziki cəhətdən güclü olmaq lazımdır. Messi durumuna ciddi fikir verir. Gələcəkdə ondan çox şey gözləmək olar"