cümə, 09 yanvar 2026

DÜNYA FUTBOLU

Totti göz yaşlarına hakim ola bilmədi VİDEO

28.05.2017 22:54 Oxundu 1947

İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb. Bu görüş “canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün “Roma” forması ilə sonuncu olub. Görşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən “veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib. “Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.

Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.

t