2580
“CBC Sport” TV-nin yaradıcılarından biri, şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli telekanalı tərk edir. Bu haqda telekanalın yaydığı məlumatda deyilir. “Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub. İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi” PFK-da davam etdirəcək. Amma qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək.
“CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır” – deyə məlumatda bildirilib.