1653
Heydər Əliyev Kuboku uğrunda yarışda daha iki oyun keçirilib. 28 May – Respublika Gününə təsadüf edən 2-ci turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb. Günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə yekunlaşıb və hər iki komanda aktivinə 4-cü xalı yazdıraraq, müvafiq olaraq turnir cədvəlində 1 və 2-ci yerləri bölüşdürürlər.
Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub edib - 2:1. 3 xal qazanan “Araz Naxçıvan” 3-cü yerdədi. Turnirin xal qazanmayan yeganə komandası “Zaqatala”dı.
Qeyd edək ki, turnirin 3-cü – həlledici turu 30 mayda reallaşacaq.
28 may
“Mil-Muğan” - MOİK - 1:1
Qollar: Vüqar Əlibabayev, 21 - Rəhman Musayev, 5.
“Araz Naxçıvan” - “Zaqatala” - 2:1
Qollar: Elşad Manafov, 42. Nurlan Novruzov, 57-pen. - Rəhman Şabanov, 10-pen.