cümə axşamı, 08 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin U-16-su turniri 4-cü pillədə başa vurub

29.05.2017 14:21 Oxundu 1766

Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə həsr olunan turnirə yekun vurulub. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turniri 4-cü pillədə başa vurub. “Qırmızı-qaralar” yarışın son günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıb. Slovakiyanın “Rujomberok” komandası ilə görüşən komandamız 0:2 hesabı ilə uduzub. Turnirin qalibi adını isə Polşanın “Zaqlebiye” klubu qazanıb. “Vaşaş Kubala Akademiyası” 2-ci, “Rujomberok” 3-cü yeri tutub.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində “Vaşaş Kubala Akademiyası” (0:0) və İsveçin AİK (1:1) komandaları ilə görüşüb.