29.05.2017 14:26
1830
1830
"Çelsi"də 2016/2017 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Eden Azar cari mövsümün ən yaxşı oyunçusu seçilib.Bununla da o, üçüncü dəfə bu mükafata sahib çıxaraq Frank Lempardın rekordunu təkrarlayıb.
Qeyd edək ki, E.Azar son mövsüm 36 matçda 16 qol vurub, 5 qolun ötürməsini verib.