cümə axşamı, 08 yanvar 2026

BİZİM FUTBOL

“Zirə” Rəşad Sadiqovla müqavilə imzaladı

29.05.2017 14:49 Oxundu 2024

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. Sadiqovla bir illik müqaviləyə imza atılıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyən Rəşad milli komandamızda da çıxış edib.