cümə axşamı, 08 yanvar 2026

DÜNYA FUTBOLU

Totti sevgisi

29.05.2017 14:55 Oxundu 2175

Dünən A seriyasının “Cenoa”ya qarşı keçirilən sonuncu turunun matçında “Roma”nın hücumçusu Françensko Totti futbolda son oyununu keçirərək karyerasını başa vurub. Paytaxt klubunun 70 minədək sadiq azarkeşi canlı əfsanəyə sevgilərini bildirmək üçün stadiona Totti yazılı formalarla gəliblər. Bundan başqa, Romanın sərnişin avtobuslarının elektron tablosunda “Təşəkkürlər, kapitan” sözləri yazılıb.

Xatırladaq ki, 41 yaşlı Totti peşəkar karyerası ərzində (1992 - 2017) yalnız bir klubda – “Roma”da oynayıb. O, bu komandada 25 il ərzində 786 oyunda meydana çıxıb, 307 qol vurub və 197 qolun ötürməsini edib.