şənbə, 07 noyabr 2026

DÜNYA FUTBOLU

Pelleqrino getdi...

29.05.2017 16:40 Oxundu 2186

"Alaves" futbol klubunun baş məşqçisi, argentinalı mütəxəssisi Maurisio Pelleqrino postunu tərk edib. O, gedişi ilə bağlı qısa yalnız bunları danışıb: "Burada özümü xoşbəxt hiss edirdim. "Alaves"də mənə kömək edən hər kəsə minnətdaram, xüsusən də, futbolçulara".

Qeyd edək ki, Maurisio Pelleqrino "Alaves"i ötən ilin yayından çalışdırırdı. Komanda İspaniya çempionatında 9-cu yerdədir.

İspaniya kubokunun finalında isə "Barselona"ya uduzub.