çərşənbə, 07 yanvar 2026

DÜNYA FUTBOLU

Ernesto Valverde Barselona"nın sükanı arxasına keçdi

29.05.2017 22:46 Oxundu 2000

"Barselona"nın yeni baş məşqçisinin adı açıqlanıb. Luis Enrikenin klubdan ayrılmasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Ernesto Valverde təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, E.Valverde cari mövsüm "Atletik"i (Bilbao) çalışdırıb.

Əlavə edək ki, E.Valverde futbolçu karyerası ərzində 1988-1990-cı illərdə Kataloniya klubunun şərəfini qoruyub.