1973
"Yuventus"un hücumçusu Qonsalo İquain iyunun 3-də keçiriləcək Cempionlar Liqasının finalından danışıb. O əminliklə vurğulayıb ki, Çempionlar Liqasının həlləedici matçlarında (2014 və 2016) fərqlənmiş Serxio Ramos bu dəfə onların qapısına yol tapa bilməyəcək.
"Ümid edirəm ki, Ramos 90-cu dəqiqədə qol vura bilməyəcək. Bizim onunla və ailəsi ilə münasibətlərimiz əladır. İndiyədək məlumat mübadiləsi aparırıq. Mən əvvəllər "Real"da çıxış etmişəm, indi "Yuventus"la Çempionlar Liqasını qazanmağı çox istəyirəm. Bərabər, lakin mürəkkəb oyun olacaq".
Məlumat üçün bildirək ki, Çempionlar Liqasının finalında üz-üzə gələcək "Real"la "Yuventus" indiyədək 18 avrokubok matçında qarşılaşıb. İyunun 3-də Kardiffdə keçiriləcək görüşədək rəqiblər yalnız Avropanın ən nüfuzlu klub turnirində münasibətlərinə aydınlıq gətirib.
Keçirilən 18 matçda tərəflər hərəyə 8 qələbə qazanıb. Bu göstəricidə bərabərlik olsa da, top fərqində İtaliya təmsilçisi öndədi. "Yuventus" 21, "Real" 18 qol vurub. Finaldakı ilk top duellərdə 40-ci olacaq. Əvvəlki 18 matç 9 duel çərçivəsində keçirilib. Bu duellərin ikisi qrup mərhələsində baş tutub. Digərlərindən 5-də Turin, 2-də Madrid klubu sevinib. Finaldakı yeganə matç 19 il əvvəl keçirilib. Həmin vaxt İspaniya klubu 1 qolla qalib gəlib.