çərşənbə, 07 yanvar 2026

DÜNYA FUTBOLU

“Mançester Yunayted” - dünyanın ən bahalı klubu

31.05.2017 11:54 Oxundu 2053

İngiltərənin “Mançester Yunayted” futbol klubu dünyanın ən bahalı klubu adlandırılıb. Bu barədə KPMG nüfuzlu audiror şirkətinin məlumatında deyilir. Şirkətin məlumatına əsasən, “Mançester Yunayted”in dəyəri 3,186 milyard avro həcmində qiymətləndirilir. Siyahıda ikinci yeri 3,057 milyard avro ilə “Real” Madrid tutur. İlk üçlüyü isə “Barselona” tamamlayır. Kataloniya təmsilçisinin qiyməti 2,8 milyard avro həcmində dəyərləndirilir. “Bavariya” 2,5 milyard avro ilə dördüncüdür. Siyahıda sonrakı yerləri müvafiq olaraq “Mançester Siti” (2,04 milyard avro), “Arsenal” (2,02 milyard avro), “Çelsi” (1,7 milyard avro), “Liverpul” (1,04 milyard avro), “Tottenhem” (1,04 milyard avro) və “Yuventus” (1,3 milyard avro) tuturlar.