cümə axşamı, 18 aprel 2024

VOLEYBOL

Üçüncü matçına çıxacaq yığmamız Danimarka ilə üz-üzə gələcək

01.06.2017 11:57 Oxundu 5562

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında III turu keçiriləcək. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da üçüncü matçına çıxacaq. Faiq Qarayevin yetirmələri Danimarka ilə üz-üzə gələcəklər. İlk iki oyununda asanlıqla qələbə qazanan və qrupa Hollandiya ilə şərikli liderlik edən yığmamız hər iki matçında məğlub olmuş rəqibi qarşısında aşkar favoritdi. Komandamız mundiala birbaşa qatılmaq üçün qrup liderliyini təmin etmək istəyirsə, yersiz xal itkilərindən qaçmalıdı. Bakı İdman Oyunları Sarayında keçiriləcək Azərbaycan – Danimarka matçı günün ikinci qarşılaşması olacaq.

Üçüncü turun ilk oyununda Norveç Ukrayna, sonuncu görüşdə isə İsrail Hollandiya ilə üz-üzə gələcək.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

III tur

15:00. Norveç – Ukrayna

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)

17:30. Azərbaycan – Danimarka

Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

20:00. İsrail – Hollandiya

Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

2

2

0

6-0

150-72

6

2

Azərbaycan

2

2

0

6-0

150-86

6

3

Ukrayna

2

1

1

3-3

130-128

3

4

İsrail

2

1

1

3-3

128-134

3

5

Danimarka

2

0

2

0-6

93-150

0

6

Norveç

2

0

2

0-6

69-150

0