01.06.2017 19:19
1821
1821
Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib. Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub. Məlumatı Sankt-Peterburq təmsilçisinin rəsmi saytı yayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq. Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb.