cümə, 29 mart 2024

VOLEYBOL

Yığmamız növbəti matçında İsraillə qarşılaşacaq

02.06.2017 11:11 Oxundu 4598

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında IV tur baş tutacaq. Mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız növbəti matçında İsraillə qarşılaşacaq. Ardıcıl 3 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri uğurlu seriyanı davam etdirmək əzmindədir. Komandamız qrupun ortabablarından olan yəhudilər qarşısında favoritdir.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

IV tur

2 iyun

15:00. Danimarka – Norveç

Hakimlər: Roberto Boris (İtaliya), Mixail Temelis (Yunanıstan)

17:30. İsrail – Azərbaycan

Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

20:00. Hollandiya – Ukrayna

Hakimlər: Saşa Stanisiç (İsveçrə), Bruno Muxa (Xorvatiya)

N

Ölkə

O

Q

M

S

T

X

1

Azərbaycan

3

3

0

9-0

225:126

9

2

Hollandiya

3

3

0

9-1

247-142

9

3

Ukrayna

3

2

1

6-4

227-205

6

4

İsrail

3

1

2

4-6

198-231

4

5

Norveç

3

0

3

1-9

146-247

1

6

Danimarka

3

0

3

0-9

133-225

0