2709
Sabah Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşəcək. Həlledici qarşılaşmada "Real Madrid" “Juventus”la qarşılaşacaq. “Real Madrid”in baş məşqçisi Zinəddin Zidan matçdan öncə futbolçuları oyuna motivasiya etmək üçün onlara “300 spartalı” filmini izləmələrini istəyib.
Məlumat üçün bildirək ki, filmdə Leonidin başçılığı altında 300 spartalının çoxsaylı fars qoşunuyla baş verən Fermopil tarixi döyüşü əks olunur. Bu döyüş üçün yunan əsgərləri 10 min qoşun toplamışdı. 300 nəfərlik dəstəyə isə Leonid başçılıq edirdi. Leonidə Fermopil keçidi tapşırılmışdı. Filmdə Leonid və 300 spartalının qəhrəmanlıqla vuruşmasından bəhs edilir. Leonid və 300 spartalı böyük orduya qarşı dar keçiddə mübarizə aparıb. Döyüşdə çoxsaylı itkilər verən farslar qalib gələrək keçiddən keçib Yunanıstana daxil olmuşdular.
Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək "Juventus" - "Real Madrid" matçı sabah saat 22:45-də başlayacaq.